Home page News
Moskva və bütün Rusiyanın Patriarxı Kirillin

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin

baş keşişlərə, keşişlərə, rahiblərə və Rusiya Pravoslav Kilsəsinin bütün

sadiq övladlarına ünvanladığı Milad bayramı münasibətilə müraciəti


Müqəddəs baş keşişlər, möhtərəm atalar, dürüst rahiblər, əziz qardaş və bacılar!

Bu nurlu gecədə biz birlikdə dünyanm öz Xilaskarını tapması sevincini təkrar yaşayırıq. Yenidən Vifleyem mağarasında Allahın Canlı Oğlunu gözümüzün önünə gətiririk. Qəlblərimizdə Yaradana və Bağışlayana tərif oxuyan mələklərin səsini eşidirik: "Göydəki Allaha, yer üzündə sülhə, insanlarda mərhəmətə həmd olsun" (Lk. 2, 14).

Göy qüvvələrinin mədhiyyəsini dinlədikcə biz dərk edirik ki, İsa Peyğəmbərin doğulduğu gün, yəni Milad günü zamandan kənar mənaya malikdir və hər bir insanın taleyinə birbaşa təsir edir. Hətta Xilaskarın qəhrəmanlığı haqqmda hələ heç nə bilməyən insan indi həmin Həqiqəti dərk edə bilər və Allahın övladına çevrilərək əbədi həyata qovuşa bilər. Milad günü bizə özümüz haqda həqiqəti bildirir və həmin həqiqəti dərk etməyə kömək edir.

Xatırladaq ki, Yaradan ilk insanı kamil, Allahın simasında, ona bənzəyən (Tövrat, Varlıq, 1, 26) yaratmışdır, lakin Adəm əmrə tabe olmayıb Yaradanın onun haqqında niyyətini təhrif etmişdir. Allahla canlı ünsiyyətdən məhrum olmuş bəşəriyyət getdikcə daha çox günahlara və xudpəsəndliyə qərq olurdu. Bu zaman Allah yaratdığı varlığı sevdiyindən və onu xilas etmək istədiyindən dünyaya Bircə Oğlunu göndərir, o, insan təbiətinin bütövlüyünü bərpa edir və Yeni Adəm olur. İsa Peyğəmbər bizə insan haqqında ilahi niyyətə uyğun olan həyat tərzini göstərdi. Bu nümunə bizə həm yer üzündə, həm də əbədiyyətdə düz yoldan azmamağa və dolğun həyata gətirib çıxardan yeganə doğru istiqaməti seçməyə kömək edən etibarlı yol göstərəndir.

Biz Allahın çağırışlarına cavab veririksə, deməli, bu xilasedici yolla gedirik. Bizə ünvanlanmış bu cür müraciətlərdən biri apostol Pavelin nəsihətnaməsində göstərilib: "İlahi mahiyyəti olan bədənlərinizdə və qəlblərinizdə Allahı mədh edin" (I Kor., 6, 20). Bu o deməkdir ki, biz Allaha yalnız öz dualarımızla və dini nəğmələrimizlə deyil, həm də yaxınlarımızın, xalqımızm yaxşılığı, Kilsə naminə edilən xeyirxah əməllərimizlə də tərif oxuyuruq.

Bu cür zəhmət İsa naminə sevinc gətirən zəhmətdir ki, ətraf aləmi və özümüzü yaxşılığa doğru real dəyişdirir. İnsanlar məcburiyyətdən və mənfəət naminə deyil səmimi xeyirxah və faydalı iş görmək arzusu ilə hərəkət edərək həmrəy olur. Bununla biz birlikdə Yaradanımıza xidmət edir, Onun iradəsini həyata keçiririk. "Liturgiya" yunan dilindən "ümumi iş" kimi tərcümə olunur. Dünya və insan haqqında İlahi niyyətin həyata keçirilməsi və bununla da bizim Yaradana dua və şükür etməyimiz üçün bütün həyatımız Liturgiya, ümumi dua və ümumi iş olmalıdır. Bu bizdən öz qəlbində hələ Allahı tapmayan, lakin İncil cadugərləri kimi Ona doğru gedən qardaş və bacılarımızla həmrəy olmağımızı tələb edir.

Ötən il Rusiyada və tarixi Rusiyanın bir sıra digər ölkələrində yanğınlar, quraqlıqlar və sellər bizə bir daha fəlakətlərə və bədbəxtliklərə qalib gəlmək üçün qüvvələrimizin birləşdirilməsinin zəruriliyini göstərdi. Onlar bir daha bizə xristian borcunu bizim yadımıza saldı - fıkirlərimizin, milliyyətimizin və sosial vəziyyətimizin fərqinə varmadan. İsti yay aylarında bir çox insanlar tanımadıqları və bəlkə də gələcəkdə heç vaxt görməyəcəkləri insanlarla öz qüvvələrini, zamanlarını və var-dövlətini bölüşürdü. Onlar bunu nə üçün edirdilər? Pis vəziyyətdə olanlara, yoxsulluqdan əziyyət çəkənlərə və yardıma ehtiyacı olanlara öz köməklərini göstərmək üçün.

İctimai həmrəylik, ümumi məqsədlərə nail olmaq üçün birgə əmək sərfi xudbinliyə qalib gəlmədən, özünü xeyirxahlığa yönəltmədən və yalnız öz ehtiyac və maraqlarına istiqamətlənməkdən imtina etmədən mümkün deyil. Əsl "ruh tamlığının" əsasında (Yef. 4,3) bizə Xilaskarımız tərəfindən nəsihət edilmiş sevgi qanunu mövcuddur. Millətin birləşməsi yalnız sınaq dəqiqələri ilə məhdudlaşa bilməz. O, bizim milli şüurumuzun və həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir.

Kilsə birliyinin gücünü mən Rusiyanın, Ukraynanm, Qazaxıstanın və Azərbaycanın yeparxiyalarına çoxsaylı səfərlərim zamanı aydın şəkildə hiss edirdim. Hər yerdə mən arxipastırların, ruhanilərin, rahiblərin və adi insanların Pravoslavlıq uğrunda zəhmət çəkmək, prixod, kilsə və yeparxiya fəaliyyətini mükəmməlləşdirmək hazırhğını görürdüm. Bu birlik və birgə fəaliyyət ruhunda kilsə həyatının müvəffəqiyyətli inkişafına ümid yaradır.

Hörmətli arxipastırlar, möhtərəm ruhanilər, sakinlər, bacı və qardaşlar, sevinc dolu ürəklə sizi Milad bayramı və Təzə il münasibətilə təbrik edirəm!

Sizlərə dua edirəm və Allahın hökmünün qeyrətli icraçıları, Xilaskarımıza ruhi sovqatlar gətirənlərdən olmağı arzu edirəm ki Onun adı həmişə şöhrətləndirsin. Amin.

MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI

MİLAD BAYRAMI, 2010-cu/2011-ci il

Share:
Reception at Christ the Saviour Cathedral in Moscow Marks the Day of Slavic Literature and Culture and Name Day of His Holiness Patriarch Kirill

24.05.2026

Primate of the Russian Church Celebrates Liturgy at Cathedral of Christ the Saviour in Moscow on Commemoration Day of Saints Cyril and Methodius

24.05.2026

Holy Synod Members Celebrate Memorial Litiya for Catholicos-Patriarch Ilia II and Metropolitan Antony (Cheremisov)

14.05.2026

His Holiness Patriarch Kirill Chairs Regular Meeting of Holy Synod of the Russian Orthodox Church

14.05.2026

His Holiness Patriarch Kirill sends congratulations to Catholicos-Patriarch Elect of All Georgia

11.05.2026

Primate of Russian Orthodox Church attends Easter reception at Russian Ministry of Foreign Affairs

22.04.2026

His Holiness Patriarch Kirill sends Paschal greetings to Primates of Local Orthodox Churches

12.04.2026

His Holiness Patriarch Kirill sends greetings to Primates of Oriental Churches celebrating Easter on April 12

12.04.2026

Paschal Message by Patriarch KIRILL of Moscow and All Russia

11.04.2026

His Holiness Patriarch Kirill sends Easter greetings to the heads of non-Orthodox Christian Churches

05.04.2026

Letter of His Holiness Patriarch Kirill to His Beatitude Patriarch John X of Antioch regarding the attack by extremists on Orthodox Christians in the Syrian city of Sqalbiya

01.04.2026

His Holiness Patriarch Kirill sends greetings to Primate of Albanian Orthodox Church on anniversary of his enthronement

29.03.2026

His Holiness Patriarch Kirill sends greetings to the head of the Maronite Church on 15th anniversary of his Patriarchal enthronement

25.03.2026

His Holiness Patriarch Kirill extends condolences over the passing away of Catholicos-Patriarch Ilia II of All Georgia

18.03.2026

His Holiness Patriarch Kirill sends condolences over devastating natural disasters in southern Ethiopia

17.03.2026

Metropolitan Hilarion: Many things in a person's life depend on faith

29.08.2021

Metropolitan Hilarion: The Holy Spirit is the main treasure of the Christian soul

01.08.2021

Metropolitan Hilarion: Holiness is a constant striving to imitate the Lord Jesus Christ

27.06.2021

Metropolitan Hilarion: God does not want to condemn, but to save us

07.03.2021

Metropolitan Hilarion: The Lord always grants to us the opportunity to display our talents

24.01.2021

Metropolitan Hilarion: The Lord has imbued the waters of Jordan with his divine presence to wash away human sins

19.01.2021

Metropolitan Hilarion: to repent means to change your way of life

17.01.2021

On commemoration day of St. Catherine, Metropolitan Hilarion of Volokolamsk officiated at the Church of St. Catherine the Great Martyr In-the-Fields  the representation of the Orthodox Church in America

07.12.2020

Metropolitan Hilarion: We can always show compassion for people

29.11.2020

Metropolitan Hilarion celebrates on commemoration day of St. Varlaam of Khutyn at the church of ‘Joy to All the Afflicted’ icon of the Mother of God

19.11.2020

Metropolitan Hilarion: We should remember that the life of each human being is in the hands of God

06.11.2020

Metropolitan Hilarion: For God there is nothing impossible

25.10.2020

Metropoplitan Hilarion: The cross which was an instrument of dishonourable execution becomes the symbol of salvation for millions of people

27.09.2020

Metropolitan Hilarion: Eucharist is the wedding feast, to which Lord Jesus Christ invites each of us

13.09.2020

Metropolitan Hilarion: Faith alone is not enough for salvation

30.08.2020

Page is available in the following languages
Feedback

Fields marked by * are mandatory required

Send a message
Рус Укр Eng Deu Ελλ Fra Ita Бълг ქარ Срп Rom عرب